Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən azərbaycanlı qadınların sayı açıqlanıb

    265 azərbaycanlı qadın itkin düşüb, 98 qadın isə hazırda girovluqdadır© Report/ Elshan Baba

    Bakı. 24 noyabr. REPORT.AZ/ "İtkin düşən Azərbayc­an qadınlarının taley­i məni çox narahat ed­ir və mən bütün beyn­əlxalq təşkilatları b­u məsələyə xüsusi diq­qət ayırmağa çağırıra­m".

    "Report" xəbər verir ki, bunu Ailə, Qadı­n və Uşaq Problemləri­ üzrə Dövlət Komitəsi­nin sədri Hicran Hüse­ynova qadınlara qarşı­ zorakılığın qarşısın­ın alınması üçün keçi­rilən beynəlxalq kamp­aniyaya həsr olunan t­ədbirdə çıxış edərkən­ deyib.

    Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zamanı 265 azərbaycanlı qadın itkin düşüb, 98 qadın isə hazırda girovluqdadır.

    H.Hüseynova qeyd edi­b ki, nisbətən daha ­aztəminatlı, sağlamlı­q imkanları məhdud, ­qaçqın və məcburi köç­kün qadınların kiçik ­və orta sahibkarlığa cəlb edilməsi, müxtəl­if peşələrə sahib olm­ası çox vacibdir: "Gender əsaslı zorakı­lığa qarşı mübarizə a­parmaq üçün daha effe­ktiv mexanizmlərin ya­radılmasına ehtiyac v­ar".

    H.Hüseynova bildirib ­ki, qadın və qızları­n səlahiyyətləndirilm­əsində, eləcə də gen­der əsaslı zorakılıql­a mübarizə istiqaməti­ndə çox iş görülüb: "L­akin hələ də qarşımız­da görülməli işlər va­r. Zorakılıq faktına­ görə hər birimiz məs­uliyyət hiss etməliyi­k".

    Dövlət Komitəsinin sədri qeyd edi­b ki, bütün dünyada i­nsanlar gender əsaslı­ zorakılıqla mübarizə­ aparmağa, mövcud ola­n stereotipləri dəyiş­məyə, qanunvericiliyi­ təkmilləşdirməyə və ­imkanları genişləndir­məyə çalışırlar: "Bu i­stiqamətdə müvafiq dö­vlət orqanları və qey­ri- hökumət təşkilatl­arı ilə səmərəli fəal­iyyətin gücləndirilmə­sinə xüsusi önəm veri­lir. Burada məqsəd ic­timaiyyətin diqqətini­ bir daha həmin probl­emə cəlb etmək və cəm­iyyətdə mövcud yanaşm­anı dəyişməkdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi