Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir"

Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir" "Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq"
Qarabağ
17 Noyabr , 2016 19:58
Bricit Brink: Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir

Bakı. 17 noyabr. REPORT.AZ/ "Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi."

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.

"Biz hesab edirik ki, status-kvo qeyri-sabitdir", - Bricit Brink söyləyib.

O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb.

B.Brink xüsusi vurğulayıb ki, münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq.

Son xəbərlər

Orphus sistemi