Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunun ilk görüşü İƏT sammiti çərçivəsində keçiriləcək

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunun ilk görüşü İƏT sammiti çərçivəsində keçiriləcək İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir
Qarabağ
12 Aprel , 2016 13:08
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunun ilk görüşü İƏT sammiti çərçivəsində keçiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının 13-cü sammiti ərəfəsində təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin hazırlıq iclası keçirilir.

"Report" İƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Eyni zamanda İƏT-in baş katibi İyad Amin əl-Mədaninin çıxışı baş tutub.

İƏT-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nazirlər səviyyəsində kontakt qrupunun yaradılması barədə qərar qəbul edilib. Qrupun ilk görüşü aprelin 13-15-də İstanbulda keçiriləcək İƏT-in sammiti baş tutacaq.

Son xəbərlər

Orphus sistemi