Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib ATƏT yanında nümayəndəlik: Azərbaycan əmindir ki, yaxın 25 yaxud 250 il ərzində də bu baş verməyəcək
Qarabağ
3 Mart , 2017 14:01
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib

Bakı. 3 mart. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi martın 2-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunub.

“Report” xəbər verir ki, iclasda Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, Ermənistan qonşu ölkənin ərazisini işğal edib və beynəlxalq ictimaiyyət bunu pisləyib: "Son 25 il ərzində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin "müstəqillik" iddiaları və ya hansısa arzularında heç bir irəliləyiş əldə etməyib".

Bəyantda vurğulanıb: "Azərbaycan əmindir ki, yaxın 25, yaxud 250 il ərzində də bu, baş verməyəcək və regiondakı vəziyyət də bunu deməyə əsas verir. Bu iddiaları dəstəkləyən heç bir ölkə yoxdur. BMT-nin 190 üzvü Azərbaycanı dəstəkləyir. Bu, həqiqətdir. Virtual reallıq qurmaq lazım deyil. Güzgüyə baxıb özünüzə cavab verin, bu vəziyyət Ermənistanı tərk edən və qonşu ölkələrdə yaşamağa üstünlük verən erməni xalqının əsl maraqlarına uyğundurmu?” 

Son xəbərlər

Orphus sistemi