İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" "ATƏT-in işğal olunmuş Azərbaycan ərazilərinə göndərdiyi missiya orada 10 məscidin dağıdıldığını müəyyən edib"
Qarabağ
26 Noyabr , 2015 14:31
İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Bakı. 26 noyabr. REPORT.AZ/ "Son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələnmdirilməsi düzgün deyil. İslam sülh dinidir". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının Bakıda keçirilən XII sessiyasında çıxışında bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, İSESCO dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrilib: "Təşkilat son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin qorunmasında böyük uğurlara nail olub. Azərbaycan İSESCO-nun fəal üzvlərindən birinə çevrilib. İndiyə qədər təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib. İSESCO Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib. Münaqişə uzun illərdir davam edir. Ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız məcburi köçkünə çevrilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Xocalı soyqırımı baş verib. Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həll olunması vacibdir".

Dövlət başçısı bildirib ki, ATƏT-in işğal olunmuş Azərbaycan ərazilərinə göndərdiyi missiya orada, həmçinin 10 məscidin dağıdıldığını müəyyən edib: "Bu vəhşilikdir, bu İslam mədəniyyətinə qarşı terrordur. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparır. Ölkəmiz xaricdə İslam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlərarsı əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır: "Biz fəxr edirik iki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir.

İSESCO-nun məşğul olduğu sahələr ölkəmizdə inkişaf edir, elm-təhsil və mədəniyyət sahələrində iri layihələr həyata keçirilir. Bu il tarixdə ilk dəfə Bakıda I Avropa Oyunları keçirildi. 2017-ci ildə isə Bakı İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edəcək. Bu təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalar arası əməkdaşlığın göstəricisidir. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əminamanlıq şəraitində yaşamasına töhfə verir". 

Son xəbərlər

Orphus sistemi