​Con Kirbi: "ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımır"

​Con Kirbi: "ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımır" Dövlət Departamenti münaqişə zonasında gərginliyi aradan qaldırmağı tələb edib
Qarabağ
11 Sentyabr , 2015 03:50
​Con Kirbi: ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımır

Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilməsi planlaşdırılan qondarma "bələdiyyə seçkiləri"ni tanımır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

"Biz münaqişənin tammiqyaslı həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək üçün rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də keçiriləcək qondarma seçkiləri regionun hüquqi statusuna təsir edən amil kimi qəbul etməyəcəyik", — deyə o bildirib.

Dövlət Departamenti, həmçinin Ermənistan və Azərbaycan silahlı qüvvələrini sərhəd rayonlarda bir-birlərinə qarşı ağır silahlardan istifadə etməkdə günahlandırıb və münaqişə zonasında gərginliyi aradan qaldırmağı tələb edib. Departament itkiləri pisləyib və tərəfləri vəziyyətin nizamlanması üzrə beynəlxalq öhdəliklərin icrasına qayıtmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi