Yuxarı
    Bağlamaq

    ​Con Kerri İlham Əliyevlə Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin perspektivlərini müzakirə edib

    ABŞ-ın dövlət katibi Azərbaycan prezidentinə zəng edib

    Bakı. 30 iyun. REPORT.AZ/ İyunun 30-da ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

    "Report" xəbər verir ki, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

    Birləşmiş Ştatların dövlət katibi Con Kerri və dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

    Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi