Con Kerri: "Davam edən Ermənistan-Azərbaycan münaqişəsi Avropanın təhlükəsizliyini pozur"

Con Kerri: "Davam edən Ermənistan-Azərbaycan münaqişəsi Avropanın təhlükəsizliyini pozur" "ATƏT bir çox problemlərlə üzləşir"
Qarabağ
8 Dekabr , 2016 14:36
Con Kerri: Davam edən Ermənistan-Azərbaycan münaqişəsi Avropanın təhlükəsizliyini pozur

Bakı. 8 dekabr. REPORT.AZ/ "Azərbaycanın cəlb olunduğu Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Moldova və Gürcüstanda davam edən münaqişələr Avropanın təhlükəsizliyini pozmağa davam edir".

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Onun sözlərinə görə, ATƏT məkanında bir çox yerlərdə təşkilat korrupsiya, ATƏT-ə üzv ölkələr arasında etimadın olmaması kimi problemlərlə üzləşir.

Son xəbərlər

Orphus sistemi