Yuxarı

Con Kerri: "Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda mümkün deyil"

ABŞ-ın dövlət katibi bildirib ki, münaqişənin həll olunması üçün şərait hələ yaranmayıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil".

"Report" xəbər verir ki, bu bəyanatla ABŞ-ın dövlət katibi Con Kerri çıxış edib.

O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr mürəkkəbdir: "Əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə, belə münaqişələr keçmişdə qala bilər.

Mən güman edirəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi