Cocuq Mərcanlıya ikinci köç başlayıb, məcburi köçkünlər geri qayıdır

Cocuq Mərcanlıya ikinci köç başlayıb, məcburi köçkünlər geri qayıdır Cəbrayıl. 31 may. REPORT.AZ/ Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç başlayıb.
Qarabağ
31 May , 2018 17:40
Cocuq Mərcanlıya ikinci köç başlayıb, məcburi köçkünlər geri qayıdır
Report
0 : 00
0 : 00

Cəbrayıl. 31 may. REPORT.AZ/ Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç başlayıb. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, ikinci mərhələdə kənddə 100 ev inşa olunub.

Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər həmin evlərə köçürülür. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda daha 100 fərdi ev inşa edilib. Burada 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektləri tikilib. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Birinci mərhələdə - 2017-ci ilin iyul ayında kənddəki evlərə Cocuq Mərcanlıdan olan məcburi köçkünlər köçürülüb.

Son xəbərlər

Orphus sistemi