Cocuq Mərcanlıda ümumilikdə 7518 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Cocuq Mərcanlıda ümumilikdə 7518 ədəd partlamamış hərbi sursat aşkarlanıb Noyabrın 19-da 10 000 kv.m ərazi tam təmizlənib
Qarabağ
20 Noyabr , 2017 07:06
Cocuq Mərcanlıda ümumilikdə 7518 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində noyabrın 19-da 10 000 kv.m ərazi tam təmizlənib, 5 500 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 3 gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket aşkar edilib, 31 000 kv.m ərazi tam təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 19 noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində müxtəlif ərazilərə baxış keçirilib, 7518 ədəd partlamamış hərbi sursat, 203 ədəd tank əleyhinə mina və 33 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi