Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi aşkar edilib

Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi aşkar edilib Ümumilikdə isə 47 min 993 kvadratmetr ərazi yoxlanılıb
Qarabağ
14 Aprel , 2017 21:35
Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi aşkar edilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2 min 636 qəlpə və 1 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə ANAMA-nın məlumatında bildirilir.

Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə isə 47 min 993 kvadratmetr ərazi yoxlanılıb.

Məlumata görə, 56 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 787 min 78 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi