Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək

Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək Prezident İlham Əliyev bununla bağlı tövsiyələrini verib
Qarabağ
21 Fevral , 2017 11:40
Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək

Bakı. 21 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin işğalından azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində Şuşa məscidinə oxşar məscid tikiləcək.

“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə bildirib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyev bununla bağlı tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi