Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkar olunub

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkar olunub Ümumilikdə 39 min 693 kv.m ərazi yoxlanılıb
Qarabağ
15 May , 2017 21:57
Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkar olunub
ANAMA

Bakı. 15 may. REPORT.AZ/ Mayın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1045 qəlpə, piyada əleyhinə 2 mina “OZM-72” və tank əleyhinə 2 mina “TM-57” aşkar olunub.

ANAMA-dan "Report"a verilən məlumata görə, həmin sursatlar agentlik mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün götürülüb, ümumilikdə 39 min 693 kv.m ərazi yoxlanılıb.

Bildirilir ki, 83 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx bir partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 193,81 hektar ərazi tam təmizlənib, 89,51 hektar ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi