Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıda gün ərzində 1037 ədəd qəlpə aşkar edilib

    Nəticə etibarilə 36 min 61 kv.m ərazi yoxlanılıb

    Bakı. 15 aprel. REPORT.AZ/ ANAMA aprelin 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

    “Report” xəbər verir ki, Cocuq Mərcanlı kəndində gün ərzində 1037 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 36 min 61 kv.m ərazi yoxlanılıb.

    Cəmi 57 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 1 823 139 kv.m ərazi yoxlanılıb.

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi