Cocuq Mərcanlıda gün ərzində 1,30 hektar ərazi tam təmizlənib

Cocuq Mərcanlıda gün ərzində 1,30 hektar ərazi tam təmizlənib Bakı. 10 dekabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 13 000 (1.30 ha) ərazi tam təmizlənib, 6 000 kv.m ərazi 20 sm dərinliyində və 3 600 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Qarabağ
10 Dekabr , 2017 18:56
Cocuq Mərcanlıda gün ərzində 1,30 hektar ərazi tam təmizlənib

Bakı. 10 dekabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 13 000 (1.30 ha) ərazi tam təmizlənib, 6 000 kv.m ərazi 20 sm dərinliyində və 3 600 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 23 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 441 880 kv.m ərazi tam təmizlənib, 235 826 kv.m (23.58 ha) ərazi 20 sm dərinliyində 179 700 kv.m (17.97 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 10 dekabr 2017-ci il tarixlərində müxtəlif rayonlarda ayrı-ayrı ərazilərə baxış keçirilib, 7529 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 611 548 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi