Cocuq Mərcanlıda 21 gündə 9 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Cocuq Mərcanlıda 21 gündə 9 ədəd partlamamış hərbi sursat aşkarlanıb Bakı. 9 dekabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 25 100 ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Qarabağ
9 Dekabr , 2017 02:18
Cocuq Mərcanlıda 21 gündə 9 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 25 100 ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 21 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 411 780 kv.m (41.18 ha) ərazi tam təmizlənmiş, 223 826 kv.m (22.38 ha) ərazi 20 sm dərinliyində 172 900 kv.m (17.29 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 8 dekabr tarixlərində ayrı-ayrı şəhər və rayonlarda müxtəlif ərazilərə baxış keçirilib, 7529 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 562 648 kv.m ərazi yoxlanılıb. 

Son xəbərlər

Orphus sistemi