Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıda 1023 ədəd qəlpə aşkarlanıb

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir

    Bakı. 3 iyun. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1023 ədəd qəlpə aşkar edilib.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 8 536 kv.m (0.85 ha) ərazi tam təmizlənib, 14 400 kv.m (1.44 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

    Ümumilikdə 101 gün ərzində Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 112 710 ədəd qəlpə, 72 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

    İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 349 561 kv.m (234.96 ha) ərazi tam təmizlənib, 1 296 140 kv.m (129.61 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi