Cocuq Mərcanlıda tank və piyada əleyhinə minalar aşkar edilib

Cocuq Mərcanlıda tank və piyada əleyhinə minalar aşkar edilib Gün ərzində 8 evə baxış keçirilib, 36 835 kv.m ərazi yoxlanılıb
Qarabağ
26 Fevral , 2017 20:37
Cocuq Mərcanlıda tank və piyada əleyhinə minalar aşkar edilib

Bakı. 26 fevral. REPORT.AZ/ ANAMA fevralın 26-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

"Report" xəbər verir ki, gün ərzində 8 evə baxış keçirilib, 482 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PQ-7 raketinin partlamamış mühərrik hissəsi), 2 ədəd piyada əleyhinə OZM-72 minası, 2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM -57 tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar edilib, nəticə etibarilə 36 835 kv.m ərazi (10 335 kv.m əl ilə, 12 500 kv.m mexaniki üsulla və 14 000 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məlumata görə, 23 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 89 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 7 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi) və 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 26 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 653 059 kv.m ərazi (324 459 kv.m ərazi əl ilə, 149 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 66 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi