Yuxarı

Çingiz Əsgərov: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina etməsi Avropa Məhkəməsinin qeyri-obyektivliyini göstərir"

Məsələylə bağlı Azərbaycan hökuməti də Avropa Məhkəməsinə müraciət edib

Bakı. 17 fevral. REPORT.AZ/ "Avropa İnsan Hüquqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.

"Avropa Məhkəməsi bir ildən artıqdır ki, öz torpaqlarında erməni quldurları tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev işinə baxmır və işə baxmaqdan imtina edib. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi tərəfindən 2014-cü ildə Avropa Məhkəməsinə müraciət edilib. Onların müraciətində Avropa Konvensiyasının əlavə protokolunun 11 maddəsinin pozulduğu bildirilib və burada kifayət qədər tutarlı sübutlar əks olunub. Müraciətdə işə Avropa Məhkəməsində baxılması üçün president yaradan faktlara istinad edilib. Ancaq Avropa Məhkəməsi həmin müraciətə president qaydada baxmaqdan imtina edib. Bu da Avropa Məhkəməsinin qeyri-obyektivliyini göstərir", - deyə Ç.Əsgərov vurğulayıb.

Sektor müdiri onu da əlavə edib ki, məsələylə bağlı Azərbaycan hökuməti də Avropa Məhkəməsinə müraciət edib, lakin bu günə kimi münasib cavab ala bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi