​Çingiz Abdullayev: "Rusiya, ABŞ və digər dövlətlər işğalla razılaşmazlar"

​Çingiz Abdullayev: "Rusiya, ABŞ və digər dövlətlər işğalla razılaşmazlar" "Biz də bununla razılaşmırıq"
Qarabağ
14 Aprel , 2016 14:15
​Çingiz Abdullayev: Rusiya, ABŞ və digər dövlətlər işğalla razılaşmazlar

Bakı. 14 aprel. REPORT.AZ/ "Nə Rusiya, nə də digər böyük dövlətlər torpaqlarının işğal altında olması ilə razılaşmazlar". "Report"un məlumatına görə, bu barədə AMEA-nın Yeni Mərkəzi Elmi Kitabxanasında keçirilən yaradıcılıq gecəsində çıxışı zamanı Çingiz Abdullayev deyib.

Ç.Abdullayev Rusiyanın, eləcə də digər böyük dövlətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətindən danışıb: "Ruslardan, amerikanlardan və digər dövlətlərin xalqlarından soruşsaq ki, sizin 20 faiz torpağınız işğal altında olsa, necə olar? Təbii ki, bununla razılaşmazlar. Biz də bununla razılaşmırıq. Ona görə də bu həqiqəti bütün dünyaya çatdırmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi