Yuxarı
    Bağlamaq

    Çin XİN: Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri yaranan vəziyyəti sülh danışıqları yolu ilə həll edəcək

    XİN-in rəsmi nümayəndəsi tərəflərin təmkinli olacağına ümidvar olduğunu bildirib

    Bakı. 5 aprel. REPORT.AZ/ Çin ümid edir ki,  Dağlıq Qarabağ münaqişəsinin tərəfləri yaranan vəziyyəti sülh danışıqları yolu ilə həll edəcək. 

    "Report" xəbər verir ki, bunu brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Honq Lei bildirib.

    "Biz ümid edirik ki, münaqişə tərəfləri təmkinli və sakit davranacaq və hazırkı vəziyyəti  sülh danışıqları yolu ilə həll edəcək", - Honq Lei qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi