Yuxarı
    Bağlamaq

    Cibuti XİN başçısı: "BMT-də qətnamələr qəbul edilir, lakin çoxu icra olunmur"

    Azərbaycanın ərazi bütövlüyü və suverenliyi baxımında Cibutinin mövqeyi dəyişməzdir

    Bakı. 24 fevral. REPORT.AZ/ "Ötən sərin 90-cı illərindən bəri Cibuti beynəlxalq aləmdə Azərbaycanı dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi baxımında Cibutinin mövqeyi dəyişməzdir".

    "Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf keçirdiyi mətbuat konfransında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini şərh edərkən deyib.

    Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə çağıran BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladan XİN başçısı təəssüflə bildirib ki, BMT-də qətnamələri qəbul edilir, lakin təəssüf ki, çoxu icra olunmur. O, buna daha bir nümunə kimi Fələstin məsələsi ilə bağlı vəziyyəti göstərib.

    "Hədəfimiz bu məsələdə ədalətə nail olmaqdır" - Mahmud Əli Yusuf vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi