Ceyms Uorlik: "İşğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır"

Ceyms Uorlik: "İşğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır" "Gələcəkdə Dağlıq Qarabağın statusu haqqında məsələni həll etmək lazımdır"
Qarabağ
22 Oktyabr , 2016 11:36
Ceyms Uorlik: İşğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır

Bakı. 22 oktyabr. REPORT.AZ/ "İşğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Həmsədr vurğulayıb ki, gələcəkdə Dağlıq Qarabağın statusu haqqında məsələni həll etmək lazımdır.

C.Uorlik qeyd edib ki, status məsələsindən başqa paket çərçivəsində bir sıra məsələlər də müzakirə olunmalıdır. 

"Status-kvo qeyri-davamlıdır. Buna görə də biz bu məsələləri müzakirə etməli, effektiv işlər görməliyik", - deyə həmsədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi