Yuxarı
    Bağlamaq

    Ceyms Uorlik: "Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri artırmaq istəyirik"

    ATƏT-in Minsk qrupunun amerikalı həmsədri: Münaqişənin həllində vacib məsələ - insanlar arasında əlaqədir

    Bakı. 25 oktyabr. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasına çalışırıq. Biz səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar".

    "Report" xəbər verir ki, bu barədə Yerevandakı mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. 

    Onun sözlərinə görə, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum - Azırbaycanda və Erməsnitanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır".

    Həmsədr həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münqaşisəinin həllində vacib məsələ insanlar arasında əlaqədir və vasitəçilər bu əlaqələri dəstəkləməyə çalışırlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi