Yuxarı
    Bağlamaq

    Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqu bərpa edə bildiyimizə görə fəxr edirəm"

    ATƏT-in Minsk qrupunun keçmiş həmsədri: Mühüm iş davam etdiriləcək

    Bakı. 21 fevral. REPORT.AZ/ "Tərəflərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində daha intensiv işləməli olduğunu hesab edirəm".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik deyib.

    "Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilmısinə meyilli olduğuna inanıram. Onlar bu istiqamətdə daha intensiv işləməlidirlər", - C.Uorlik bildirib.

    O, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqu bərpa edə və davamlı sülhə gətirib çıxara biləcək təkliflərini təqdim edə bildiklərinə görə fəxr etdiyini vurğulayıb.

    "Əlbəttə, hamımız münaqişənin həll edilməsini istəyirik, lakin bu məsələ prezidentlərin əlindədir. Mühüm iş davam etdiriləcək", - C.Uorlik əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi