Yuxarı
    Bağlamaq

    Ceyms Uorlik: "Azərbaycan ərazilərinin qaytarılması barədə danışmaq lazımdır"

    Keçmiş həmsədr: Status-kvo sabit olmadığından bu, müharibənin yenilənməsi riskini artırır© Foto: "Report"

    Bakı. 8 mart. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvo sabit olmadığından bu, müharibənin yenilənməsi riskini artırır".

    "Report"un məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik "Amerikanın Səsi"nə deyib.

    O, bildirib ki, sülhün əldə edilməsi regionda hər şeyi dəyişəcək. Keçmiş həmsədrin sözlərinə görə, hər iki ölkənin prezidenti irəliləyə doğru hərəkət etməyə hazır olduğunu nümayiş etdirməlidir.

    "Lakin dövlət başçılarının biri deyil, hər ikisi sülhün vaxtı məsələsini həll etməlidir. Sülh isə yeni risklər gətirir", - deyə o vurğulayıb.

    Keçmiş diplomat vurğulayıb ki, Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır. Həmçinin Azərbaycan ərazilərinin qaytarılması barədə də danışmaq lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi