Ceyms Uorlik: "ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcək"

Ceyms Uorlik: "ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcək" "Biz daha intensiv dialoqun aparılmasına yardım etmək istəyirik"
Qarabağ
12 Fevral , 2016 15:46
Ceyms Uorlik: ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcək

Bakı. 12 fevral. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcək. Səfər çərçivəsində toqquşma riskini azaltmaq və dialoqu inkişaf etdirməklə bağlı təkliflərimizi təqdim edəcəyik".

"Report" xəbər verir ki, bu sözləri "Armenpress"ə müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

AŞPA-da Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin müzakirələri zamanı ATƏT-in Minsk qrupunun mövqeyindən narazı qalan Azərbaycanın fikrini şərh edən C.Uorlik bu məsələlərə dair müzakirələrin aparılmasının əleyhinə olmadıqlarını bildirib: "Biz bəyanatımızda Minsk qrupunun bütün tərəflər üçün yeganə məqbul format olduğunu qeyd etmək istəyərdik. Ermənistan və Azərbaycanın Minsk qrupuyla sıx əməkdaşlığa dair üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalacaqlarına ümid edirik".

ABŞ-dan olan həmsədr, eyni zamanda nizamlanmanın açarlarının prezidentlərin əlində olduğunu bildirib: "Biz sülhə doğru addım atmaq üçün daha intensiv dialoqun aparılmasına və daha sistemli danışıqların qurulmasına yardım etmək istəyirik".

Son xəbərlər

Orphus sistemi