Yuxarı

Ceyms Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Birləşmiş Ştatlar Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

"Report" xəbər verir ki, bunu öz "Twitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

"Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək", - deyə Ceyms Uorlik bildirib.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Con Kerri dondurulmuş münaqişələrin perspektivlərindən danışarkən, Dağlıq Qarabağ probleminə də toxunmuş və tərəflərin nizamlanmaya hazır olmadıqlarını bəyan etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi