Bakı. 30 may. REPORT.AZ/ Çexiyadan olan “Asociace Pro Modernizace” təşkilatının sədri Aleksey Franskeviç “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşulması haqqında bəyanat verib.
Platformanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir: "İnsanlar müharibədən yorulub. Artıq 25 ildir Azərbaycan və Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Eyni zamanda Ermənistanın və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə almaq çox vacibdir. Həmçinin mövud münaqişəni beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. Otuz il əvvəl biz iki xalqın əsrlərlə formalaşan dostluq və sülh şəraitində yaşamasının şahidi idik. Müasir dövrümüzdə iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqların sülh və qardaşlıq içində birgə yaşamasına, və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə etmək istəyirəm. Bu səbəbdən, mən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan “Ermənistan Azərbaycan Sülh Platforması”na dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə sədri olduğum təşkilat adından, “Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulduğumuzu bəyan edirəm."