​Çexiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü Praqada keçirməyi təklif edir

​Çexiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü Praqada keçirməyi təklif edir Miloş Zeman: "Mən danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin Çexiyada görüşməsini təklif etdim"
Qarabağ
8 İyun , 2016 17:47
​Çexiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü Praqada keçirməyi təklif edir

Bakı. 8 iyun. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zeman Ermənistan prezidenti Serj Sarqsyana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün Praqada keçirilməsini təklif edib. 

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Mən danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Çexiyada keçirilməsini təklif etdim. Belə təşəbbüslər 2002 və 2005-ci illərdə də olub", - M.Zeman Ermənistan prezidenti ilə Yerevanda keçirilən birgə brifinqdə deyib. 

O, Azərbaycan və Ermənistan prezidentlərinin sülh əldə edəcəklərinə ümidvar olduğunu bildirib.

Öz növbəsində S.Sarqsyan qeyd edib ki, çexiyalı həmkarını Azərbaycan prezidenti ilə yeni görüşlərin imkanları haqqında məlumatlandırıb. 

"Mən bu görüşləri Praqada keçirmək təklifinə görə minnətdarlığımı bildirdim", - Ermənistan prezidenti vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi