Bakı. 15 May. REPORT.AZ/ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 25 yaşlı erməni hərbçi Aram Oqanyan ölüb.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.
Onun sözlərinə görə, insident Ermənistanın cənub-şərqində yerləşən Vaytsdzor vilayətinin Vayk yaşayış məntəqəsinin sərhəd postunda baş verib.