Cəbhədə düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb, ermənilər onlarla itki verib - VİDEO

Cəbhədə düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb, ermənilər onlarla itki verib - VİDEO Ermənilərin bir neçə avtomobil texnikası sıradan çıxarılıb
Qarabağ
7 Dekabr , 2015 11:39
Cəbhədə düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb, ermənilər onlarla itki verib - VİDEO

Bakı. 7 dekabr. REPORT.AZ/ "Son günlər Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb".

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib.

Sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilən koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minaatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb: "Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün, Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzdluların məhv edilməsi faktlarını gizlədir".
Müdafiə Nazirliyi bir daha bildirir ki, qoşunların təmas xəttində son günlər vəziyyətin daha da gərginləşdirilməsi, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və verəcəyi itkilərə görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi