Cəbhədə atəşkəs rejiminin pozulması halları nisbətən səngiyib

Cəbhədə atəşkəs rejiminin pozulması halları nisbətən səngiyib Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
12 Noyabr , 2014 09:18
Cəbhədə atəşkəs rejiminin pozulması halları nisbətən səngiyib

Bakı. 12 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 12 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi