Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub

Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub Müdafiə naziri müvafiq tapşırıqlar verib
Qarabağ
19 Sentyabr , 2017 16:51
Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub
Mod.gov.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını ediblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlər ilə tanış olaraq müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi