Cəbhə xəttində ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib

Cəbhə xəttində ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcək
Qarabağ
19 Mart , 2015 17:22
Cəbhə xəttində ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib

Bakı. 19 mart. REPORT.AZ/ “Qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır. Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində Azərbaycanın müdafiənin ön xəttində yerləşən əsgər və zabitləri düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb. “Report”un xəbərinə görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

“Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən özgə torpağına soxulduğunu birmənalı olaraq anlamalıdır və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq”, - nazirliyin məlumatında bildirilib.

Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi