Cəbhə xəttində erməni hərbçisi ölüb

Cəbhə xəttində erməni hərbçisi ölüb Onun odlu silah yarasından öldüyü bildirilir
Qarabağ
28 İyul , 2017 23:05
Cəbhə xəttində erməni hərbçisi ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ Ermənistanın Tavuş rayonunun Noemberyan kəndində yerləşən hərbi mövqelərindən birində müddətdən artıq xidmət edən hərbçi ölüb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, Tavuşun Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silah yarasından keçinib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan təsdiq edib. Hərbçinin hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi