Yuxarı
    Bağlamaq

    Cəbhə bölgəsindəki hərbi hissələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

    Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

    Bakı. 26 fevral. REPORT.AZ/ Cəbhə bölgələrindəki hərbi hissələrdən birində keçirilən tədbirdə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. "Report" xəbər verir ki, polkovnik Abdulla Qurbani çıxış edərək Xocalı soyqırımını törətməklə erməni millətçilərinin məkrli məqsədlər güddüyünü, onların xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək niyyətində olduqlarını nəzərə çatdırıb. Qeyd edilib ki, hiyləgər və amansız düşmən heç də öz məqsədlərinə çata bilməyib: "Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilməyərək qəhrəmanlıqla vuruşub, Vətənə sədaqət nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıblar. Bu gün qarşımızda duran əsas vəzifə Xocalı soyqırımının qurbanlarını hörmət və ehtiramla yad etmək, bu faciəni dünyaya tanıtmaq, Xocalıya ədalət tələb etməklə yanaşı, işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etməkdir. Bunun üçün də hər bir əsgər və zabit Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməli, ona həvalə edilmiş döyüş texnikalarını və silahları dərindən öyrənməli, işğal altında olan torpaqlarımızın azadlığı naminə müqəddəs savaşa hər an hazır olmalıdır".

    Zabitlərdən polkovnik-leytenant Musa Teymurov və mayor Namiq Cavadov deyiblər ki, düşmənlərimiz hələ də "Böyük Hayastan dövləti" yaratmaq xülyasından əl çəkməyib, torpaqlarımızdan rədd olub getmək istəmir, qan tökməkdən usanmır, beynəlxalq hüquqa məhəl qoymur, dünyanın nüfuzlu təşkilatlarının tələblərini yerinə yetirmirlər: "Yenə də hər gün atəşkəs rejimi pozulur, Ermənistan silahlı bölmələri mövqelərimizi intensiv olaraq atəşə tutur, təxribatlar törədirlər. Lakin buna baxmayaraq düşmənə layiqli cavab verilir, şəhidlərimizin intiqamı birə on qat alınır və bundan sonra da alınacaqdır. Hər bir əsgər və zabit zaman-zaman xalqımızın başına gətirilən soyqırım və faciələrdən nəticə çıxararaq hər an Azərbaycanın ərazi bütövlüyünü təmin etmək naminə Ali Baş Komandanın əmrlərinə hazırdırlar".
    Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin rəhbərlik etdiyi Füzuli Dövlət Dram Teatrı aktyorlarının ifasında təqdim edilən "Şəhid şəhər Xocalı" adlı rekviyem-tamaşa şəxsi heyət tərəfindən böyük həyəcanla izlənilib və hər bir Vətən əsgərini Xocalı qurbanlarının qisasını almağa, Azərbaycanın ərazi bütövlüyünü tezliklə təmin etməyə daha da ruhlandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi