Yuxarı

​Çavuşoğlu: "Dağlıq Qarabağ problemi bizim xüsusi diqqətimizi tələb edir"

Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid edir

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli mövqeyindən çıxış edir.

"Report" xəbər verir ki, bunu cümə axşamı Pekində keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəyə üzv dövlətlərin xarici işlər nazirlərinin V görüşündə çıxış edən Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Dağlıq Qarabağ problemi bizim xüsusi diqqətimizi tələb edir. Biz bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini gözləyir və ümid edirik", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi