Böyük Britaniya Azərbaycan və Ermənistanı Qarabağla bağlı sülh danışıqlarını davam etdirməyə çağırıb

Böyük Britaniya Azərbaycan və Ermənistanı Qarabağla bağlı sülh danışıqlarını davam etdirməyə çağırıb Böyük Britaniyanın Ermənistandakı səfiri Şotlandiyada keçirilən referendumu şərh edib
Qarabağ
23 Sentyabr , 2014 16:43
Böyük Britaniya Azərbaycan və Ermənistanı Qarabağla bağlı sülh danışıqlarını davam etdirməyə çağırıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ London regionda sülh və sabitliyi təmin etmək üçün Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarını davam etdirməyə çağırır. "Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Ceyn Liç bildirib.

"Mən ümid edirəm ki, onlar sülhə nail olmaq üçün səmimi və ədalətli danışıqlar apara biləcəklər. Bunu həm Azərbaycan, həm də Ermənistan xalqları gözləyirlər" - deyə, Liç mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, hər iki xalqı sülhə hazırlamaq lazımdır.

Səfir Şotlandiyada keçirilən referendum və Dağlıq Qarabağ ətrafında vəziyyət arasında paralellər aparmamağa üstünlük verib. "Düşünmürəm ki, Şotlandiyadakı referendumdan universal dərs almaq olar, çünki hər bir konkret halda məsələ vəziyyətdən irəli gələrək həll olunmalıdır. Eyni zamanda deyə bilərəm ki, bu cür vəziyyətlərdə hərtərəfli siyasi razılıq və referendumun nəticələrini qəbul etmək hazırlığı tələb olunur" - deyə, Liç vurğulayıb.

Sentyabr ayının 18-də Şotlandiyada referendum keçirilib və  vətəndaşlara bülletendə bir sual verilib: "Şotlandiyanın müstəqil ölkə olmasına razısınız?" Seçicilərin 55,3%-i müstəqilliyin əleyhinə, yəni Böyük Britaniyanın vahid olmasına səs verib. 

Son xəbərlər

Orphus sistemi