Yuxarı
    Bağlamaq

    Bu gün Minsk qrupunun həmsədrləri Bakıda görüşlər keçirəcəklər

    Vasitəçilər Azərbaycan paytaxtında səfərdədirlər

    Bakı. 7 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfərə gəliblər.

    “Report” xəbər verir ki, vasitəçilər bu gün Bakıda Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

    Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer Bakıya bir qədər tez - fevralın 3-də gəlib.

    Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın bildirdiyinə görə, vasitəçilər fevralın 8-9-da Ermənistana səfər edəcəklər.

    ATƏT-in Minsk qrupunun həmsədrləri eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi