Yuxarı
    Bağlamaq

    ​Bu gün ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək

    Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə mövzusu olacaq

    Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər nazir Frank-Valter Ştaynmayer Azərbaycana işgüzar səfərə gələcək.

    "Report" xəbər verir ki, səfər zamanı Ştaynmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə mövzusu olacaq. 

    Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək.

    Alman nazir ötən gün Ermənistanda səfərdə olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi