Brüsseldə Xocalı faciəsi ilə əlaqədar mitinq keçirilib

Brüsseldə Xocalı faciəsi ilə əlaqədar mitinq keçirilib Mitinq Avropa Parlamentinin binasının qarşısındakı Lüksemburq meydanında baş tutub
Qarabağ
25 Fevral , 2015 23:42
Brüsseldə Xocalı faciəsi ilə əlaqədar mitinq keçirilib

Bakı. 25 Fevral. REPORT.AZ/ Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkilatçılığı ilə Brüssel şəhərində mitinq keçirilib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, mitinq Avropa Parlamentinin binasının qarşısındakı Lüksemburq meydanında baş tutub. Mitinqdə Belçikada yaşayan soydaşlarımız, türk diasporunun nümayəndələri iştirak ediblər. Səsgücləndiricilər vasitəsilə “Xocalıya ədalət”, “Qarabağ Azərbaycan torpağıdır”, “Sarkisyan – cinayətkar”, “Hamımız Xocalıyıq, hamımız türkük, hamımız əsgərik”, “Erməni faşizminə son” kimi şüarlar səsləndirilib, yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı bukletlər təqdim edilib.

Son xəbərlər

Orphus sistemi