Brüsseldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilib

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilib Ekspert: "Rusiyanın hər iki tərəfə silah satması münaqişəni alovlandırır"
Qarabağ
20 Aprel , 2016 09:37
Brüsseldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Brüsseldə Avropanın nüfuzlu "beyin mərkəz"lərindən olan “Avropa Siyasət Mərkəzi”ində “Dağlıq Qarabağ münaqişəsi. Növbəti nədir?" adlı müzakirələr keçirilib.

"Report"un Euractiv-ə istinadən verdiyi məlumata görə, müzakirələrdə Avropa Parlamentinin deputatı Riçard Hovit, Avropa Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvü Denis Sammut, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Qafqazda münaqişə, zorakılıq və sülh quruculuğu layihəsinin rəhbəri Nil Melvin və ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For iştirak ediblər.

Riçard Hovit bildirib ki, Avropa İttifaqı Minsk prosesinin bir hissəsinə çevrilməlidir, əks halda Dağlıq Qarabağ regionunda irimiqyaslı müharibənin başlanması riski ilə qarşılaşmalı olacaq. O qeyd edib ki, böyük inkişaf potensialına malik olan Cənubi Qafqaz Avropa üçün mühüm bir regiondur və elə bu səbəbdən də, Avropa İttifaqının danışıqlara cəlb edilməsi zəruridir.

D.Sammut müzakirələr zamanı bildirib ki, Avropa İttifaqı yalnız Dağlıq Qarabağda deyil, ümümulikdə Cənubi Qafqaz regionunda öz rolunu artırmalıdır.

Eyni zamanda Stokholm beynəlxalq Sülh Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Qafqazda münaqişə, zorakılıq və sülh quruculuğu layihəsinin rəhbəri Nil Melvin bildirib ki, tərəflər arasında baş verən son qarşıdurmalara Avropa İttifaqı tərəfindən verilən reaksiyanın zəif olması onu təəccübləndirdi. Onun fikrincə, Rusiyanın hər iki tərəfə silah satması münaqişəni alovlandırır, bunu həll etməyin yeganə yolu isə bütün regionda silah satışına qadağa qoyulmasıdır.

Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For və digər çıxış edənlər Minsk qrupunun fəaliyyətini müdafiə ediblər.  O qeyd edib ki, cəbhə xəttində baş vermiş son qarşıdurmalarda çox müasir hərbi silah-sursatlardan istifadə edilib. 

Son xəbərlər

Orphus sistemi