Britaniyalı nazir azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Britaniyalı nazir azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Həmçinin ikitərəfli münasibətlərə dair bir sıra məsələlər müzakirə olunub
Qarabağ
5 Noyabr , 2014 10:47

Bakı. 5 noyabr . REPORT.AZ/ Bakıda rəsmi səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycan Milli Məclisinin deputatları ilə görüşüb.

"Report" Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, şam yeməyində ikitərəfli əməkdaşlıq haqqında bir sıra  məsələlər müzakirə olunub. 

Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səmərəli müzakirələr aparılıb. 

Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində D.Lidinqtonun dövlət başçısı İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır. O, "ADA" Universitetində mühazirə ilə çıxış da edəcək. 

Son xəbərlər

Orphus sistemi