Yuxarı
    Bağlamaq

    Britaniyalı deputat: "Avropa Parlamenti adından Dağlıq Qarabağa səfər etmək qəbulolunmazdır"

    Dinlə
    © Sajjad Kareem Facebook

    Bakı. 18 may. REPORT.AZ/ Böyük Britaniyanın Mühafizəkar Partiyasından olan Avropa Parlamentinin (AP) deputatı Sacad Kərim Dağlıq Qarabağ münaqişəsi zonasına qanunsuz səfər edən həmkarlarını tənqid atəşinə tutub.

    "Report" "EurActiv"ə istinadən xəbər verir ki, S.Kərim buna nümunə kimi AP-nin isveçli deputatı Lars Adaktussonun Dağlıq Qarabağa səfərini vurğulayıb.

    "Deputatların Avropa Parlamenti adından rəsmi missiya kimi göstərərək Dağlıq Qarabağa səfər etməsi həm Avropa Parlamenti, həm də Azərbaycan üçün qəbuledilməzdir", - o bildirib.

    AP deputatı həmçinin Azərbaycanın, o cümlədən onun paytaxtının inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Bakının əsl nəqliyyat qovşağı və Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələndirici bənd olması üçün imkanı var.

    "Əlbəttə, Avropanın bu ambisiyaların həyata keçirilməsində marağı var, amma regional problemlərlə də hesablaşmaq lazımdır. Mənfi güclər bu ambisiyalara mane olarsa, həqiqətən çox təəssüfedici olacaq", - S.Kərim qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi