​Britaniyada “Qarabağ: Gələcəyə Baxışımz” adlı forum keçiriləcək

​Britaniyada “Qarabağ: Gələcəyə Baxışımz” adlı forum keçiriləcək Forumda britaniyalı, azərbaycanlı və digər əcnəbi tələbələrin iştirakı nəzərdə tutulub
Qarabağ
29 Yanvar , 2015 22:32
​Britaniyada “Qarabağ: Gələcəyə Baxışımz” adlı forum keçiriləcək

Bakı. 29 yanvar. REPORT.AZ/ “Azərbaycan – Britaniya Məzunlar” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda 20 Fevral 2015-ci il tarixində “Qarabağ: Gələcəyə Baxışımz” adlı tələbə və məzunlar üçün elmi forum təşkil edəcək.

"Report" xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd Böyük Britaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda elmi müzakirələrin aparılması üçün sosial və humanitar, siyasi elmlər və dövlət idarəçiliyi, habelə beynəlxalq münasibətlər, diplomatiya və ətraf mühit elmləri sahəsində təhsil alan bakalavr, magistr və doktorant tələbələr üçün vahid platformanı təqdim etməkdir.

Forum Britaniyanın müxtəlif nüfuzlu universitetlərin həm tələbə, həm də akademik heyəti üçün Dağlıq Qarabağ mövzusu ətrafında daha çox elmi araşdırmaları təşviq edərək elmi şəbəkələşməyə xidmət etməyi qarşısına məqsəd qoymuşdur.

Britaniyada “Xocalı həftəsi” çərçivəsində keçiriləcək forumda krallığın müxtəlif universitetlərində təhsil alan britaniyalı, azərbaycanlı və digər əcnəbi tələbələrin iştirakı nəzərdə tutulub.

Daha ətraflı məlumat www.londonforum.az internet səhifəsindən əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi