Yuxarı

Britaniya XİN vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb

Bu barədə Formula 1 üzrə Bakı Avropa Qran-prisini izləmək istəyən ölkə vətəndaşları üçün yayılmış xəbərdarlıqda bildirilir

Bakı. 9 iyun. REPORT.AZ/ Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb. 

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-pri yarışlarını izləmək istəyən ölkə vətəndaşları üçün yayılmış xəbərdarlığında bildirilir.

Xəbərdarlıqda qeyd olunub ki, Azərbaycan tərəfini əvvəlcədən məlumatlandırmadan Dağlıq Qarabağa səfər edən hər kəsə Azərbaycana getmək qadağan olunacaq".

Məlumatda vurğulanıb ki, hər il Azərbaycana 7 minə yaxın Böyük Britaniya vətəndaşı səfər edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi