Yuxarı
    Bağlamaq

    Britaniya səfiri: “Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar yolu ilə həllini dəstəkləyirik”

    Cudit Farnuort ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini deyib

    Bakı. 20 iyun. REPORT.AZ/ “Böyük Britaniya ATƏT-in Minsk qrupunun yanaşmasını və Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq, danışıqlar yolu ilə həllini dəstəkləyir”.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlanidya Birləşmiş Krallığının Yerevandakı səfiri Cudit Farnuort bu ölkə parlamentinin sədri Ara Babloyanla görüşündə bildirib.

    Məlumata görə, görüşdə Böyük Britaniya ilə Ermənistan arasındakı əlaqələrin genişləndirilməsi də müzakirə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi