Yuxarı
    Bağlamaq

    Braziliyada Xocalı soyqırımı ilə bağlı foto və kitab sərgisi təşkil olunub

    Sərgiyə gələnlərə portuqal dilində tərtib edilmiş bukletlər paylanılıb

    Bakı. 22 fevral. REPORT.AZ/ Ötən gün Braziliyada “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fotosərgi təşkil edilib.

    Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyindən "Report"a verilən məlumata görə, səfirliyin binasında keçirilən tədbir çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub.

    Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən Parlamentin aşağı və yuxarı palatalarının nümaynədələri, yerli diplomatik korpusunun üzvləri və müxtəlif universitlərdən müəllim və professor heyəti iştirak edib. Qonaqlara “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirilib və portuqal dilində tərtib edilmiş bukletlər paylanılıb.

    Tədbiri giriş nitqi ilə açan səfir Elxan Poluxov Xocalı faciəsi, Xocalıya Ədalət beynəlxalq kampaniyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. O, Leyla Əliyeva tərəfindən 2008-ci ildə başlanan bu kampaniyanın bütün dünyada böyük uğurla həyata keçirildiyini bildirib. Səfir Leyla Əliyevanın təşəbbüsü nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığını və tanınmaqda davam etidiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Sonra səfir dünyada hələ də ikili standartların mövcud olduğunu dilə gətirərək, Xocalı soyqırımının təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə eyni zamanda, dünyada belə dəhşətli hadisələrin təkrar edilməsinə yol verilməməsinə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi